Çərşənbə, 21 Oktyabr 2026 15:09:31 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
21 Oktyabr 2026
SON XƏBƏRLƏR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb21.10.2026 15:00 Azərbaycanda ailələrin sayı açıqlanıb21.10.2026 12:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb21.10.2026 15:00 Azərbaycanda ailələrin sayı açıqlanıb21.10.2026 12:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00
Gündəm

Evində ayı saxlayan iş adamı – “Məcbur qalıb bağıma gətirdim”

27.02.2019 23:31 · 585 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Qubanın Mirzəqışlaq kəndindəki evində ayı saxladığı deyilən məşhur iş adamı Abbas Zeynalov haqqındakı məlumatlara münasibət bildirib. 

“Rubin.az” xəbər verir ki, o, BakuPost-a açıqlamasında deyib ki, illər öncə bu ayı balasını yaralı halda rəhbəri olduğu restorana gətiriblər və o da saxlamağa qərar verib: “Mən illər öncə Qubada “Orman” adlı restoran işlədirdim. Həmin vaxt bu ayı balasını mənə gətirdilər. Anasını meşədə vurub öldürmüşdülər. Bu balanın da ayağı qırılmışdı, yaralı idi. Biz də onun qayğısına qaldıq, sağaltdıq, bir müddət elə restoranda qaldı. Sonra keçmiş nazir Hüseynqulu Bağırov həmin restoranı dağıtdığı üçün məcbur qalıb, ayı balasını Qubadakı bağıma gətirdim”.

A.Zeynalov deyib ki, dəfələrlə Bakı Zooloji Parkının direktoru Azər Hüseynova bu ayını götürüb saxlamaları üçün müraciət edib: “Lakin, Azər müəllim hər dəfə ayının xəstə olduğunu bəhanə edib, heyvana sahib çıxmaqdan imtina etdi. Ayının tez-tez ürəyi gedirdi, qolu qırıq idi, indi də ayağı axsayır. Dövlət qurumları əgər bu heyvana sahib çıxmaq istəyirsə, məmnuniyyətlə bunu dövlətə verməyə hazıram. Mən sadəcə xəstə bir heyvana qulluq edib, onu saxlayıb böyütmüşəm. Bu elə heyvandı ki, açıb meşəyə buraxmaq da olmaz. Mən sadəcə insanlıq eləmişəm, yoxsa o mənim nəyimə lazımdı? Onun saxlanmasına bilirsiz nə qədər vəsait xərclənir?”.

A.Zeynalov xalası oğlu olan keçmiş nazir Hüseynqulu Bağırovla münasibətlərindən də danışıb. Bildirib ki, onunla heç bir əlaqəsi yoxdur: “Mənim onunla heç bir münasibətim yoxdur. Hamı bilir ki, o mənim Qubadakı restoranımı yerlə-yeksan etdirib, mənə maddi və mənəvi ziyan vurub”.

Hazırda ağır xəstəlikdən xaricdə müalicə olunan Abbas Zeynalov indiki məqamda bu ayı məsələsinin bu şəkildə təqdim olunmasını bəzi adamlar tərəfindən məqsədli şəkildə edildiyini bildirib: “Tamamilə cəfəngiyat iddialar yayırlar. Bunu yayan adamlara ayıb olsun. İnşallah onlarla o dünyada qarşılaşacağıq”.   

Qeyd edək ki, dünən mətbuatda belə məlumat yayılmışdı ki, iş adamı Abbas Zeynalov Qubadakı fərdi təsərrüfatında “Qırmızı kitab”a düşmüş və saxlanması qanunla qadağan edilən qonur ayı saxlayır.

↑