Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • İranın Bakıdakı bankı bağlanmayacaq – RƏSMİ
  • İqtisadiyyat

İranın Bakıdakı bankı bağlanmayacaq – RƏSMİ

rubinroot İyul 26, 2023
1690359848_1645335_8e4gbm4pk6

İran Milli Bankının Bakı filialının lisenziyasının ləğv edilməsi nəzərdə tutulmur.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

“Filialda yoxlamalar aparılıb və bəzi nöqsanlar aşkar edilib. Bununla əlaqədar orada əməliyyatlar məhdudlaşdırılıb. İran bankının bağlanması planlaşdırılmır, çünki bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır, nöqsanlar aradan qaldırdıqdan sonra normal fəaliyyətini davam etdirə bilər. Yoxlama əsasən cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması ehtimalı, bu sahədə Azərbaycana qanunvericiliyin tətbiqi ilə bağlı olub”, – deyə AMB sədri vurğulayıb.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır. Bu ilin may ayından filialın fəaliyyəti məhdudlaşdırılıb.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Rusiya Moldovadakı səfirliyindəki diplomatlarının sayını 10-dək azaldıb
Next: Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.