Bazar, 29 Noyabr 2026 14:08:35 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00
Maraqlı

Astronomlar yeni planet kəşf etdi

24.07.2023 07:11 · 48 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Elm adamları Yer planetindən 1 232 işıq ili uzaqlıqda şəkər pambığı sıxlığına malik ekzoplanet (WASP-193b) kəşf ediblər.

RUBİN.AZ  Report-a istinadən xəbər verir ki, bu barədə Avropa alimlərinin hələ də nəşrə hazırlanan, lakin artıq “arXiv” onlayn preprint kitabxanasında mövcud olan məqaləsində nəql edilib.

Belçikanın Lyej Universitetinin astronomu Xalid Barkau WASP-193b kimi ekzoplanetlərin nadir olduğunu deyir. Bundan əlavə, onlar bizə planetlərin təkamülünü daha yaxşı anlamağa kömək edə bilər.

Öz ulduzlarının yaxınlığında yerləşən qaz nəhəngləri planet sistemlərinin inkişafını araşdırmağa yardımçı olur. Ola bilsin onlar başqa yerlərdə formalaşıb içəri köçüblər.

WASP-193b WASP-193 adlı günəşvari ulduzun ətrafında fırlanan ekzoplanetdir. Bu ulduz Günəşin kütləsindən təxminən 1,1 dəfə və radiusundan 1,2 dəfə böyükdür, həmçinin temperatur və yaş baxımından ona çox yaxındır.

Bununla belə, WASP-193b öz ulduzunun ətrafında Günəş sistemindəki hər hansı planetdən daha yaxın dövr edir. Belə ki, o, illik dövriyyəni 6,25 günə başa vurur. Barkau və həmkarları planetin sıxlığını hesablayaraq kütləsi və ölçüsünü ortaya çıxara biliblər.

Bu sıxlıq hər kub santimetr üçün cəmi 0,059 qram idi. Müqayisə üçün: Yerin orta sıxlığı 5,51 q/sm³; “yumşaq” Yupiter – 1,33 q/sm³, butulka tıxacı – 0,2 q/sm³ və şəkər pambığı – 0,05 q/sm³. Beləliklə, WASP-193b tıxacdan bir neçə dəfə yüngül və şəkər pambığından bir qədər sıx olduğu ortaya çıxıb. Bununla belə, bu hələ yeni rekord deyil. Ən aşağı sıxlığa malik planetlər Kepler-51 sistemindir, onlardan ikisinin sıxlığı daha da aşağıdır – təxminən 0,03 q/sm³.

Ekstremal xüsusiyyətlərə malik planetlər nadirdir və istisnalar olaraq qalır. Bununla belə, onlar günəş sistemimizin mövcud olduğu ümumi “qalaktik kontekst”i anlamağa, müxtəlif xassələrə malik dünyaların yaranmasına səbəb olan prosesləri daha yaxşı başa düşməyə imkan verir. Belə ki, belə “yumşaq” planetlərin qaz nəhənginin öz ulduzuna həddən artıq yaxınlaşması sonucunda yarana biləcəyi güman edilir ki, bu da onun xarici qabıqlarının qızmasına və “şişirməsinə” səbəb olur.

Digər tərəfdən, belə mexanizm “yumşaq” planetlərin uzun müddət mövcud olmasına imkan vermir. Hissəciklərin və radiasiyanın axını on milyonlarla il ərzində onların atmosferinin aşınmasına yol açmalıdır. Buna görə nəzəri olaraq, WASP-193b kimi dünyalar yalnız çox gənc ulduzlarda tapılmalıdır, WASP-193 isə artıq təxminən altı milyard yaşındadır.

↑