Ukrayna artıq ABŞ-dan kasetli bombaları qəbul edib.
Bu barədə Ukraynanın Tavriya Müştərək Qüvvələr Hərəkatının komandiri, briqada generalı Aleksandr Tarnavski CNN-ə açıqlamasında bildirib.
“Biz onları qəbul etmişik, onlardan hələ istifadə etməmişik, lakin onlar döyüş meydanında radikal dəyişiklik edə bilərlər. Düşmən həmçinin başa düşür ki, bu sursatı əldə edərək bizim üstünlüyümüz olacaq. Bu sursatın istifadəsinin mümkün olduğu əraziləri düşmən təslim edəcək”, – deyə general bildirib.
Tarnavski bunun çox güclü silah olduğunu, ondan istifadənin mümkün olduğu ərazilərin ali rəhbərlik tərəfindən qərarlaşdırılacağını deyib.