Bazar, 18 Oktyabr 2026 12:33:49 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
18 Oktyabr 2026
SON XƏBƏRLƏR
Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00 Bakıda keçirilən NATO təlimi başa çatıb (FOTO/VİDEO)17.10.2026 15:00 Füzuli: Zəfərdən dirçəlişə uzanan yol17.10.2026 12:00 Zəfər xronikası. 17 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib (FOTO)17.10.2026 09:00 BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib (FOTO)16.10.2026 21:00 Ramiz Mehdiyev YAP-ın sıralarından çıxarıldı16.10.2026 18:00 Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib (FOTO)16.10.2026 15:00 Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək16.10.2026 12:00 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Xırdalanda baş verən yanğın tam söndürülüb (FOTO) (YENİLƏNİB-2)18.10.2026 12:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib (FOTO)18.10.2026 09:00 Füzuli teatrı Şəhər Günündə “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirib (FOTO)17.10.2026 21:00 Müstəqilliyin ən yüksək zirvəsi dövlət suverenliyinin ölkənin hər bir qarışında tam təmin edilməsi oldu – Vüqar Rəhimzadə17.10.2026 18:00 Bakıda keçirilən NATO təlimi başa çatıb (FOTO/VİDEO)17.10.2026 15:00 Füzuli: Zəfərdən dirçəlişə uzanan yol17.10.2026 12:00 Zəfər xronikası. 17 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib (FOTO)17.10.2026 09:00 BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib (FOTO)16.10.2026 21:00 Ramiz Mehdiyev YAP-ın sıralarından çıxarıldı16.10.2026 18:00 Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib (FOTO)16.10.2026 15:00 Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək16.10.2026 12:00 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00
Hadisə

Xızıda baş verən yanğın söndürüldü – Yenilənib

08.07.2023 21:18 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Xızı rayonunun Tıxlı kəndində bələdiyyə ərazisində yanğın baş verib.

Güclü külək səbəbindən yanğın meşə sahəsinə keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli nümayəndələri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təxirəsalınmaz tədbirlər həyata keçirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova  saytımıza bildirib ki, yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşlar ehtiyatlı və diqqətli olmalıdır.

“Vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, məsuliyyət hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırırıq”.

***

FHN-in “112” qaynar xəttinə Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb dağlıq-meşəlik reylefə malik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Küləkli hava şəraiti ərazidə yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir.

Əlavə məlumat veriləcək.

****

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 18:15-də məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 19:10-da tam söndürülüb.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları iştirak edib.

↑