İranın Sistan-Bəlucistan əyalətində toz fırtınası səbəbindən son 4 gün ərzində xəstəxanaya yerləşdirilənlərin sayı 764 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Sistan-Bəlucistan Böhran İdarəetmə idarəsinin baş direktoru Məcid Mohibbi bildirib.
649 nəfərin xəstəxanalardan evə buraxıldığını qeyd edən Mohibbi 115 nəfərin müalicəsinin davam etdiyini deyib.
Mövcud hava şəraitinin hələ davam edəcəyi gözlənilir.