Çərşənbə, 21 Oktyabr 2026 15:12:30 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
21 Oktyabr 2026
SON XƏBƏRLƏR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb21.10.2026 15:00 Azərbaycanda ailələrin sayı açıqlanıb21.10.2026 12:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb21.10.2026 15:00 Azərbaycanda ailələrin sayı açıqlanıb21.10.2026 12:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00
Hadisə

Avropa azərbaycanlıları Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirib

24.02.2019 21:44 · 995 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Avropa İttifaqının siyasi mərkəzi – Belçika Krallığının Brüssel şəhərində azərbaycanlıların Qarabağ həqiqətləri və Xocalı soyqırımının tanıdılmasına həsr olunmuş izdihamlı mitinqi keçirilib.Mitinqdə Avropanın müxtəlif ölkələrindən təxminən 800-dək soydaşımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak edib. Azərbaycan himinin səsləndirilməsi ilə başlayan aksiya İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Qasım Nəsirov və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının sədri Günel Səfərovanın moderatorluğu ilə keçib. Mitinqdə çıxış edən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ingilis, alman, fransız, italyan, rumın və digər dillərdə “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Qarabağa qayıtmaq istəyirik!”, “Dilqəmə və Şahbaza azadlıq!” və s. şüarlarla Avropa Parlamentinə, beynəlxalq təşkilatlara çağırış ediblər. Mitinq iştirakçıları 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi, işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsi, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması, Dilqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla bütün azərbaycanlı əsir və girovların azad edilməsi, münaqişə ilə bağlı qəbul edilmiş məlum beynəlxalq sənədlərin qərarlarına Ermənistan tərəfinin riayət etməsi tələblərini səsləndiriblər. Aksiyanın sonunda Avropa Parlamentinə ünvanlanan bəyanat qəbul edilib. Bəyanat Avropa Parlamentinin məsul şəxsləri, beynəlxalq təşkilatlar, səfirliklər, bir çox dövlət və hökumət rəhbərləri daxil olmaqla 2000-dək ünvana çatdırılıb. Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb. Qeyd edək ki, aksiyada media nümayəndələri iştirak edib və mitinq kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə geniş işıqlandırılıb.(Sia.az)

↑