Şəkidə partlayışda ağır xəsarət alan azyaşlılar dünyasını dəyişib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə zamanı ağır xəsarət alan 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı müalicələrini davam etdirmək üçün Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə aparılarkən yolda dünyasını dəyişiblər.
Qeyd edək ki, hadisə ötən gün Şəkinin Aşağı Göynük kəndində baş verib. Məlumata görə, partlayışa qaz sızması səbəb olub.