Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Bəzi rayonlara leysan, Zaqatalaya dolu yağdı
  • Hadisə

Bəzi rayonlara leysan, Zaqatalaya dolu yağdı

rubinroot İyun 7, 2023
rain-raining

 

Milli Hidrometeorologiya Xidmətindən  bildirilb ki, əvvəlcədən verilən xəbərdarlığa əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Xidmətin iyunun 07-si saat 00:00-a olan məlumatına əsasən Naxçıvan, Şahbuz, Daşkəsən, Yevlax, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Ağstafa, Ceyrançöl,Tovuz, Balakən, Ağsu, Qəbələ, Şəki, Şahdağ, Oğuz, Quba, Şabran, Altıağac, Xaltan, Qusar, Qrız, İsmayıllı və Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

İsmayıllı rayonunun yüksək dağlıq ərazisindəki Lahıc, Ərəgit, yuxarı Cülyan, Daxar, Yuxarı Zərnava, Qaraqaya kəndlərinə yağan leysan yağış nəticəsində hazırda Girdimançaydan sel keçir.

Zaqatala rayonuna saat 23:30 radələrində xırda dənəli dolu düşüb.

“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar əhalini bir daha ehtiyatlı olmağa çağırırıq”- Xidmətdən bildirilib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ
Next: Neftin bu günə olan qiyməti

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.