Cümə axşamı, 15 Oktyabr 2026 08:41:47 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Gündəm

Səfirlik Rusiyadakı qəzada yaralanan azərbaycanlılarla bağlı araşdırma aparır – RƏSMİ

06.01.2019 12:23 · 471 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb, yaralanan var.

Məlumata əsasən, mikroavtobusda 13 sərnişin olub, onlardan 6-sı xəsarət alıb.

Rubin.az xəbər verir ki,Xarici İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, məsələ araşdırılır.

“Məlumata görə, mikroavtobusdakı 13 sərnişindən 6-sı xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib. Təbii ki, Azərbaycanın Rusiyadakı səfirliyi məsələni diqqətdə saxlayır. Güman ki, gün ərzində sərnişinlərin şəxsiyyəti və digər məslələr barədə informasiya veriləcək”.

Qeyd edək ki, Trend-in məlumatına görə, Azərbaycandan Moskvaya yollanan “Mercedes” markalı mikroavtobus Levokumsk kəndi yaxınlığında aşıb. Xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.

↑