Cümə axşamı, 15 Oktyabr 2026 11:52:17 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Təhsil

Bu halda müəllimlərin fəaliyyətinə xitam verilə bilər

24.05.2023 17:04 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Çox təəssüflər olsun ki, orta məktəb müəllimlərində hüquqi maarifləndirmə ilə bağlı problemlər var. Eləcə də orta məktəb direktorları da qanunları düzgün şərh etmirlər”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin iclasında bildirib.

“Təhsilverənlər arzu-istəklərinə uyğun olaraq düşünürlər ki, könüllü sertifikatlaşdırmada iştirak nəinki onların əmək haqqına təsir edəcək, həmçinin 65 yaşı tamam olduqdan sonra işdən çıxarılmaması üçün zəmanət rolu oynayacaq. Bu, əsla belə deyil.

Əgər könüllü şəkildə sertifikatlaşdırmada iştirak edən müəllim qənaətbəxş olmayan səviyyədə nəticə göstərirsə, fəaliyyətinə xitam verilməsi təhlükəsi ilə üz-üzə qalır. Onlar arxayın olmamalıdırlar. Qanuna dəyişikliklər edilməsi o anlama gəlmir ki, 65 yaşından sonra təhsilverən əmək fəaliyyətini rahat şəkildə davam etdirəcək”, – deyə şöbə müdiri vurğulayıb.

↑