Rusiya Krımın şimalında yerləşən hərbi anbarı iki ay ərzində boşaldıb.
Axar.az xəbər verir ki, bu barədə “Amerikan Enterprise İnstitute”dan Bredi Afrik Tvitter hesabında yazıb.
“Yeni peyk görüntülərinə görə, Rusiya qoşunları Krımın şimalındakı bu hərbi anbarı boşaldıblar. Bu yer tanklar, zirehli maşınlar və artilleriya saxlamaq üçün istifadə edilib”, – Afrik qeyd edib.
Krımda bu yaxınlarda boşaldılmış Rusiya hərbi anbarının şəkillərini təqdim edirik: