Cümə axşamı, 15 Oktyabr 2026 08:41:48 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Dünya

Rusiyada Azərbaycan vətəndaşlarını daşıyan avtobus aşıb, yaralananlar var

06.01.2019 10:03 · 469 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

“Saat 10.45-də (Bakı vaxtı ilə 11:45) Levokumski kəndinin 1 kilometrliyində Azərbaycan-Moskva marşrutu ilə Azərbaycan vətəndaşlarını daşıyan “Mercedes” markalı marşrut mikroavtobusunun aşması barədə məlumat daxil olub”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, mikroavtobusda 13 nəfər olub:

“İlkin məlumata görə, 6 nəfər yaralanıb. Xəsarət alanlar Levokumski rayon xəstəxanasına aparılıb. Yanğın olmayıb, yol bağlanmayıb”.

↑