Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında məskunlaşan erməni minaya düşüb.
RUBİN.AZ xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, hadisə 2 aprel saat 15:10 radələrində baş verib. Belə ki, G.B inisiallı 1997-ci il təvəllüdlü erməni Qırmızı bazar ərazisində mina partlaması nəticəsində yaralanıb.
Xəstəxanaya yerləşdirilən erməninin sol ayağı amputasiya olunub.
Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi zonasını illərlə işğal altında saxlayan ermənilər hər yerə mina basdırıblar.
Axar.az