Pakistanın Hayber Paxtunxva əyalətində Xidmətlərarası Kəşfiyyat İdarəsinin zabiti, briqada generalı Mustafa Kamal Barki terrorçuların pusqusuna düşərək həyatını itirib.
RUBİN.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb
Bildirilib ki, terrorçularla baş verən atışmada Barki və sürücüsü həyatını itirib, 7 hərbçi isə yaralanıb.
Hücumun hansı qruplaşma tərəfindən təşkil edildiyi açıqlanmasa da, bu kimi təxribatların “Pakistan Talibanı” tərəfindən planlaşdırıldığı ehtimal edilir.