Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqını Rusiyanın nüvə sənayesinə sanksiya tətbiq etməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, Zelenski bunu tviter hesabında bildirib.
“Aİ-nin 10-cu sanksiyalar paketi Rusiyanın hərbi sənayesini, təbliğat və maliyyə sistemini hədəfləyir. Rusiya təcavüzkarına təzyiq artmalıdır: Biz “Rosatom” və Rusiyanın nüvə sənayesinə qarşı qətiyyətli addımlar, hərbi və bank sektoruna daha çox təzyiq gözləyirik”, – deyə Zelenski vurğulayıb.