İtaliya Ukraynanın yenidən qurulması ilə bağlı konfrans keçirməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında İtaliyanın baş naziri Giorgia Meloni deyib.
O qeyd edib ki, konfrans bu ilin aprel ayında baş tuta bilər.
“Biz yenidənqurma məsələsi haqqında çox danışdıq. İtaliya yenidənqurma üzrə konfrans üzərində işləyir”, – Meloni çıxışında vurğulayıb.