Çərşənbə, 21 Oktyabr 2026 17:37:14 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
21 Oktyabr 2026
SON XƏBƏRLƏR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb21.10.2026 15:00 Azərbaycanda ailələrin sayı açıqlanıb21.10.2026 12:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb21.10.2026 15:00 Azərbaycanda ailələrin sayı açıqlanıb21.10.2026 12:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00
Gündəm

Penitensiar Xidmətdən Taleh Bağırovla bağlı açıqlama-“Heç bir hüquqazidd hərəkətlərə yol verilməyib”

15.02.2019 23:06 · 672 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti “Nardaran hadisələri” ilə bağlı həbs olunmuş Taleh Bağırova məhdudiyyətlər qoyulması və təzyiq olunması haqda yayılan məlumatlara münasibət bildirib.

“Rubin.az”xəbər verir ki, PX-nın yaydığı açıqlamada qeyd olunub ki,Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə bəzi informasiya saytlarında müsahibə verərək Həbsxanada cəza çəkən T.Bağırova qarşı müəssisə əməkdaşları tərəfindən təzyiqlər olması, vəkili ilə görüşə, telefon danışıqlarına icazə verilməməsi və bu səbəbdən onun uzun müddətdir ki, aclıq etməsi barədə həqiqətə uyğun olmayan fikirlər səsləndirib: “Həbsxana rəisi Aftandil Ağayev tərəfindən 12 fevral 2019-cu il tarixdə T.Bağırovun atası Kamil Bağırov və həyat yoldaşı Leyla İsmayılzadə qəbul edilib. Qəbul zamanı onlarla hərtərəfli izahedici söhbətlər aparılıb, narahatlığa heç bir əsas olmadığı diqqətə çatdırılıb və qeyd olunub ki, T.Bağırova qarşı heç bir hüquqazidd hərəkətlərə yol verilməyib, vəkili və qohumları ilə görüşə, habelə telefon danışıqlarına lazımi şərait yaradılıb. Lakin T.Bağırov onunla görüşə gəlmiş vəkil Bəhruz Bayramovla görüşdən, eləcə də nəzərdə tutulmuş müddətlərdə təqdim edilən telefon danışıqlarından imtina edib. Bütün bu halların hər biri müvafiq qaydada sənədləşdirilib. Hətta qohumlarının narahatçılığını anlayaraq həbsxana rəisi Taleh Bağırova xidməti otağında qohumları ilə görüşməsi üçün şərait yaradıb. Otağa daxil olarkən T.Bağırov “Siz bura niyə gəlmisiniz, durun gedin” ifadəsini işlədərək kobud tərzdə narazı olduğunu göstərib, çılğınlıq edib. Müəssisə rəisi onu intizama dəvət edərək vəkilləri və qohumları ilə görüşə, telefon danışıqlarına şərait yaradıldığını və hansı səbəbdən bu hüquqlarından imtina etdiyini soruşduqda, “Mən gündəmdə qalmaq istəyirəm, bu, mənim bir şansımdır” deyə T.Bağırov cavab verib, üzünü qohumlarına tutaraq “Gedin hər kəsə bildirin ki, mən aclıq edirəm” deyib.

Penitensiar xidmət bir daha bildirir ki, T.Bağırov ona qarşı hər hansı qanunazidd hərəkətlərə yol verilməsi, eləcə də aclıq etməsi barədə ərizə ilə müraciət etməyib, təhlükəsizliyi təmin olunmaqla bütün hüquqları qorunur.

↑