İranın Şərqi Azərbaycan vilayətində, Təbriz şəhərinin şərq hissəsində dörd bina uçub.
Modern.azxəbər verir ki, bu barədə İranın dövlətə məxsus “Irna” agentliyi məlumat yayıb.
Bildirilir ki, binaların uçması nəticəsində azı iki nəfər ölüb, daha 6 nəfər isə yralanıb.
Binaların çökməsinin qaz partlayışı səbəbindən olduğu bildirilir. Hadisə yerinə xilasedici və tibb işçiləri cəlb olunub.