İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 10 min insanın yaşadığı Tobelo şəhərindən 239 km şimal-qərbdə yerləşib. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.