Bu gün sübh vaxtı Türkiyədə baş vermiş zəlzələ ilə bağlı tvitterdə #enkazaltındayım həştaqı açılıb.
RUBİN.AZ xəbər verir ki, yaxınlarını tapa bilməyən, yaralı halda dağıntı altında qalan şəxslər həştaqdan istifadə edərək kömək istəyir. Hazırda dağıntılar altında qalan bəzi şəxslərin buna qoşularaq yerləri barədə məlumat verdiyi bildirilir.
Qeyd edək ki, güclü zəlzələ səbəbindən bu saata olan məlumata görə, 284 nəfər həlak olub, minlərlə yaralı və itkin var.
Zəlzələ Suriyada da çoxsaylı insan itkisinə səbəb olub.
“Qafqazinfo”