Rostov vilayətində FSB əməkdaşları 49 yaşlı polis polkovnik-leytenantını dövlət sirrini yaymaqda şübhəli bilinərək saxlayıb.
“Unikal” xəbər verir ki, bu barədə “Baza Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, polis polkovnik-leytenantı yanvarın 12-də saxlanılıb. Onun barəsində cinayət işi açılıb.