“Vəziyyəti daha da çıxılmaz vəziyyətə salan siyasi bəyanatlardan çəkinmək lazımdır”.
“Unikal” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin bugünki iclasında çıxışı zamanı deyib. O, Qarabağ ermənilərini vəziyyəti daha da gərginləşdirəcək açıqlamalardan çəkinməyə çağırıb. Həmçinin, Paşinyan Laçın yolunda azərbaycanlı ekofəalların aksiyası fonunda bölgədəki ermənilərin hadisələrə daha təmkinli yanaşmasının, baş verənləri analiz etməsinin önəmli olmasından danışıb.