Son sutka ərzində Rusiya Ukraynaya 51 hava zərbəsi endirib. Ukrayna Müdafiə Qüvvələrinin bölmələri bütün bu hücumların qarşısını alıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Son sutka ərzində düşmənin hücumuna cavab verilərkən 44 ədəd “Şahed-136″ PUA-sı məhv edilib” – məlumatda deyilir.
Bildirilib ki, düşmənin kritik infrastruktura hava və raket zərbələri endirməsi təhlükəsi bütün Ukrayna ərazisində qalmaqdadır.