Türkiyənin Sinop şəhərinin sahillərində 17 nəfərlik yük gəmisində yanğın baş verib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın zamanı 4 ekipaj üzvü yaralanıb, digərləri isə qayıqlarla sahilə çıxarılıb.
Gəminin kapitanı dünyasını dəyişib, yaralıların xilasetmə işləri davam edir.
Bildirilib ki, gəmidəki yanğının söndürülməsi istiqamətində işlər aparılır.