Cümə axşamı, 15 Oktyabr 2026 13:19:18 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Elm

“Müalicə işi ixtisası ləğv olunmayıb”

14.02.2019 15:19 · 1. 126 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev müalicə işi ixtisasının ləğv olunması ilə bağlı yayılan narahatlıqlara aydınlıq gətirib.

“Rubin.az” Qafqazinfo-ya istinadən  xəbər verir ki, o bildirib ki, sözügedən ixtisas çıxarılmayıb, sadəcə dünya praktikasına əsaslanaraq adı dəyişdirilib:

“Dünyada tibb ixtisası var, müalicə işi adında ixtisas yoxdur. Burada 4 ixtisasın 4-ü də qalıb. Tibbi profilaktika və hərbi həkim işi ixtisaslarının adları dəyişdirilib. Elə ixtisaslar var ki, məsələn, həkim yardımçısı ixtisasına 10 ildən çoxdur ki, qəbul aparılmayıb. Ancaq dünyada tibb bacısı ixtisası bakalavr səviyyəsində keçirilir. Odur ki, biz də artıq bu ixtisasın subbakalavr səviyyəsində keçirilməsinin vacib olduğunu düşündük.

Nazir müavini onu da qeyd edib ki, ləğv olunmuş və ya adı dəyişdirilmiş ixtisaslar üzrə vaxtilə təhsil alan şəxslər gələcəkdə bu sahədə işə qəbulda hər hansı bir problem yaşamayacaq.

↑