Bazar ertəsi, 26 Oktyabr 2026 16:18:30 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
26 Oktyabr 2026
SON XƏBƏRLƏR
Yelo Bank-ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib! (FOTO)26.10.2026 15:00 Oğlu həbs edilən Arzuxan Əlizadə AMİP sədrliyindən gedir? – AÇIQLAMA26.10.2026 12:00 AİB Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir26.10.2026 09:00 Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar – 5 nəfər həbs olundu25.10.2026 21:00 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir25.10.2026 18:00 Yollarda görünüş məsafəsi məhdudlaşacaq25.10.2026 15:00 Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib (FOTO)25.10.2026 12:00 Zəfər xronikası. 25 oktyabr 2020-ci il: Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib25.10.2026 09:00 Zeytun Festivalının açılışı olub (FOTO)24.10.2026 21:00 Türkiyənin Zəfər Partiyası Azərbaycana qarşı aparılan kampaniyadan narazıdır – Müşavir (FOTO)24.10.2026 18:00 Şagirdlər ev tapşırığını ChatGPT-yə yazdırır – Təhsildə yeni təhlükə24.10.2026 15:00 Ötən gün 45 cinayətin üstü açılıb24.10.2026 12:00 Yelo Bank-ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib! (FOTO)26.10.2026 15:00 Oğlu həbs edilən Arzuxan Əlizadə AMİP sədrliyindən gedir? – AÇIQLAMA26.10.2026 12:00 AİB Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir26.10.2026 09:00 Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar – 5 nəfər həbs olundu25.10.2026 21:00 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir25.10.2026 18:00 Yollarda görünüş məsafəsi məhdudlaşacaq25.10.2026 15:00 Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib (FOTO)25.10.2026 12:00 Zəfər xronikası. 25 oktyabr 2020-ci il: Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib25.10.2026 09:00 Zeytun Festivalının açılışı olub (FOTO)24.10.2026 21:00 Türkiyənin Zəfər Partiyası Azərbaycana qarşı aparılan kampaniyadan narazıdır – Müşavir (FOTO)24.10.2026 18:00 Şagirdlər ev tapşırığını ChatGPT-yə yazdırır – Təhsildə yeni təhlükə24.10.2026 15:00 Ötən gün 45 cinayətin üstü açılıb24.10.2026 12:00
Xəbər xətti

Nağdsız ödənişlərin həcmi 10 milyarda çatır

25.07.2022 15:19 · 86 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

2022-ci ilin I yarımili ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış nağdsız əməliyyatların həcminin 2.2 dəfə artaraq 9.9 mlrd. manata çatıb.

Bu barədə Azərbaycan  Mərkəzi Bankından (AMB)  verilən məlumatda bildirilib.

Qeyd edilib ki, ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12.2 faiz bəndi artaraq 40.4% olub:

“Ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi 2.8 dəfə artaraq 7.4 mlrd. manat, POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi isə 41% artaraq 2.5 mlrd. manata yüksəlmişdir. Təmassız ödənişlərin sayı və həcmi isə 2021-ci ilin analoji dövr göstəricilərini müvafiq olaraq 2.8 və 2.1 dəfə üstələyib”.

Bildirilib ki, təmassız ödənişlər üzrə yüksək artım tempi ilk növbədə təmassız ödəniş infrastrukturu göstəricilərinin yüksəlməsi ilə əlaqədardır:

“Belə ki, hazırda dövriyyədə olan ödəniş kartlarının 70%-i, POS-terminalların isə 82%-i təmassız ödəniş texnologiyasını dəstəkləyir. Təbii ki, sözügedən ödənişlərindən istifadənin artmasında ən önəmli faktorlardan biri də əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşmasıdır. Xüsusilə pandemiya məhdudiyyətlərinin təsiri ilə daha geniş vüsət alan təmassız ödənişlər istehlakçılar tərəfindən gündəlik əsasda əldə olunan mal və xidmətlərin dəyərinin heç bir fiziki təmas olmadan daha rahat, sürətli və təhlükəsiz formada aparılmasına imkan verir. Eyni zamanda, tokenizasiya həllərinə əsaslanan, mobil telefon, saat, üzük və digər ağıllı cihazlar vasitəsilə ödənişlərin həyata keçirilməsinə imkan verən innovativ ödəniş həllərinin ölkəmizdə tətbiqi də təmassız ödənişlərin genişlənməsinə təkan verməkdədir”, – deyə AMB-dən bildirilib.

↑