Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi mayın 15-də keçiriləcək “Bakı Marafonu – 2022” ilə bağlı avtomobil sahiblərinə, sürücülərə və paytaxt sakinlərinə müraciət edib.
İdarədən Modern.az-a daxil olan müraciətdə deyilir:
“Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu – 2022”nin keçirilməsi nəzərdə tutulub.
Belə ki, 15 may saat 2022-ci il tarixində saat 10:00-dan paytaxtın Bayraq Meydanından marafona start veriləcək. “Küləyə qalib gəl” şüarı altında 10 mindən çox iştirakçı 21 km-dək yürüş edəcəklər. Yürüş zamanı təhlükəsiziliyi təmin etmək məqsəd ilə tədbir tam başa çatanadək qeyd olunan marşut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.
Yürüş Bayraq Meydanından, Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov – A.Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi , Byaıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı” yanından Bayraq Meydanına finiş nəzərdə tutulub.
Keçirilən tədbirin əhəmiyyətini, iştirakçların rahat, və fasiləsiz yürüşünün təşkil edilməsi məqsədi ilə, xahiş edilir ki, bu istiqamətlərə doğru bütün növ nəqliyyat vasitələrinin hərəkətinin mümkünsüzlüyünü nəzərə alıb, alternativ variantlara əvvəlcədən üstünlük versinlər”.