Cümə axşamı, 15 Oktyabr 2026 09:40:43 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Din

Azərbaycan gömrükçüləri poçtla göndərilmiş dərman preparatlarını aşkar edib

21.04.2022 16:22 · 128 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycana poçt göndərişləri vasitəsilə dərman preparatlarının qeyri-qanuni şəkildə gətirilməsinin qarşısı alınıb.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” gömrük postunda Türkiyənin Bursa şəhərindən Saatlı rayonu Orta Muğan kəndində qeydiyyatda olan Azərbaycan vətəndaşının ünvanına göndərilən yükə gömrük baxışı keçirilib.

Rentgen qurğusunda aparılan yoxlama zamanı müşayiət sənədlərində yataq dəsti kimi göstərilən yükün içərisində ampulaların təsviri müşahidə olunub. Aparılan fiziki yoxlama zamanı isə yataq dəstinin içərisindən gömrük orqanından gizlədilən 74 ədəd ampula şəklində dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

↑