Cümə axşamı, 15 Oktyabr 2026 09:41:52 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Din

Vilayət Eyvazov iki polis rəisi ilə bağlı əmr verdi

16.03.2022 12:30 · 162 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kadr təyinatı həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, nazirin əmri ilə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyev vəzifəsindən azad edilib.

Z.Əliyev müvafiq əmrlə Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Onun yerinə də təyinat olub. Nazirin əmri ilə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin rəisi Fəxrin Bektaşı 22-ci Polis Bölməsinin rəisi təyin edilib.

↑