Bu gün Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti təyin edilməsindən 5 il keçir. Ölkəmizin çiçəklənməsində, inkişafında, yeni-yeni uğurlara nail olmasında, beynəlxalq aləmdə nüfuzunun artmasında Mehriban xanım Əliyevanın çox böyük xidmətləri var. Nüfuzlu idman yarışları, olimpiadalar, müxtəlif mədəni festivallar məhz Mehriban xanımın rəhbərliyində ən yüksək səviyyədə təşkil edilir.
İstər daxili, istərsə də beynəlxalq məsələlərdə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələn Birinci Vitse-prezidentin təşəbbüsüylə ölkəmizdə geniş humanitar layihələr həyata keçirilir. Hər zaman Prezident, Müzəffər Ali Baş Komandanla birlikdə şəhid ailələrinin və qazilərin yanında olan, onların qayğılarının həlli istiqamətində göstərişlər verən, vətəndaşlarımızın sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, ölkəmizin nüfuzunun daha da artması üçün gərgin əmək sərf edən hörmətli Mehriban xanım Əliyevaya gələcək fəaliyyətində uğurlar arzu edirəm.
Milli Məclisin vitse-spikeri Adil Əliyev
