Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Azərbaycan və Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq
  • Gündəm
  • Təhsil Nazirliyi

Azərbaycan və Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq

rubinroot Fevral 20, 2022
FotoJet - 2022-02-20T114657.485

Azərbaycanın təhsil naziri Emin Əmrullayev fevralın 20-də Gürcüstana rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığı daha da genişləndirilmək və inkişaf etdirməkdir.

Emin Əmrullayev səfər çərçivəsində ulu öndər Heydər Əliyevin Tbilisidə və Rustavidəki abidələrini ziyarət edəcək, Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşəcək. Hər iki ölkənin təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş imzalanacaq.

E.Əmrullayev səfər çərçivəsində Gürcüstanın bir neçə ali məktəblərinə də baş çəkəcək. Həmçinin Gürcüstanın tədrisi Azərbaycan dilində olan məktəblərinin direktor və müəllim heyəti ilə də görüş keçirəcək.

Nazirin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü də nəzərdə tutulub.

Səfər fevralın 23-də başa çatacaq.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Bakıda Rusiya səfirliyinə məxsus avtomobil piyadanı vurub -FOTO
Next: Nazirlik küləkli hava şəraiti haqqında məlumat yayıb

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.