Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vuruldu – FOTO
  • Gündəm
  • İdman

Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vuruldu – FOTO

rubinroot Fevral 17, 2022
FotoJet - 2022-02-17T002545.225

Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.

RUBİN.AZ  bildirir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həlledici döyüşlərdə qalib gələn Kənan Babayev, Amin Məmmədzadə, Kamil Babayev, Arif Bayramov, Aslan Quliyev, Zaur Qəhrəmanov, Səid Abdullayev, Daniel Xolostenko, Ənvər Babayev, Sərxan Budaqov, Fətəli İsmayılov, Məmməd Quliyev və Səbuhi Əlizadə çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi (75 xal) birinci yeri tutub. İkinci pilləyə “Neftçi” idman klubu (24) yiyələndiyi halda, “üçlüy”ü Daxili İşlər Nazirliyinin idman cəmiyyəti (12) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Fətəli İsmayılov layiq görülüb. Anar Nağdıyevlə Rövşən Qədirov ən yaxşı hakim, Elbrus Rzayev isə ən yaxşı məşqçi adına sahib olub.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Мостбет Казино и букмекерская контора Mostbet КЗ Играть онлайн
Next: Parlamentin xüsusi iclası keçiriləcək

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.