Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • “Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub
  • Ədəbiyyat
  • Siyasət

“Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub

rubinroot Yanvar 30, 2019
“Əlillik qüsur deyil”  kitab-albomunun təqdimatı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində “Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub və nəşrdə əl işləri haqqında məlumat dərc olunan gənclərə kitab-albom hədiyyə edilib.
“Rubin.az” xəbər verir ki,tədbirdə Fondun sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov sağlamlıq imkanları məhdud gənclərin yaradıcılıq potensiallarının dəstəklənməsi və cəmiyyətə tanıdılması üçün aparılan işləri diqqətə çatdırıb. O, nazirlik tərəfindən “Əlillik qüsur deyil” kitab-albomunun nəşr etdirilməsinin də bu məqsədə xidmət etdiyini bildirib.
Qeyd olunub ki, 278 səhifəlik kitab-albomda sosial xidmət müəssisələrinin 60-a qədər istedadlı sakini, o cümlədən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin yetirmələrindən 50-dən artıq istedadlı gənc haqqında məlumatlar və onların yaradıcılıq nümunələri əksini tapıb. Boccia idman növü ilə məşğul olan fiziki məhdudiyyətli insanların, ilk inklüziv teatr olan ƏSA-nın yaradıcı heyətinin əldə etdiyi uğurlara da nəşrdə geniş yer verilib. Azərbaycan və ingilis dillərində nəşr olunan kitab-albomun yaxın zamanda digər dillərdə çap olunması, bu kitab-albom əsasında yaradıcı fiziki məhdudiyyətli insanların elektron reyestrinin, həmin reyestr əsasında əl işlərinin satışı portalının yaradılması da nəzərdə tutulur.


Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov, Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimli fiziki məhdudiyyətli insanların yaradıcılığının cəmiyyətə tanıdılması üçün aparılan işlərin, o cümlədən “Əlillik qüsur deyil” kitab-albomunun nəşr etdirilməsinin əhəmiyyətindən bəhs ediblər. Nəşrdə barələrində məlumatlar və yaradıcılıq nümunələri təqdim olunan gənclər kitabın nəşr olunmasına görə öz minnətdarlıqlarını bildiriblər. Bu kitab-albomdayaradıcılıqlarını görməkdən böyük mənəvi güc aldıqlarını, dövlətin onlara dayaq olduğuna bir daha əmin olduqlarını vurğulayıblar.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: İşə götürənlərin məlumatlandırılması məqsədilə seminar keçirilib
Next: Q.Paşayeva: Hər zaman Axıska türkləri qardaş-bacılarımızın yanındayıq

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.