Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin ikinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə təmsilçilərimiz Vasif Durarbəyli Aydın Süleymanlı ilə üz-üzə gəliblər. Qarşılaşma Vasif Durarbəylinin qələbəsi ilə başa çatıb. Digər şahmatçılarımız Rauf Məmmədov rusiyalı Mixail Antipov, Nicat Abasov latviyalı Nikita Meşkovsu məğlub ediblər. İki turdan sonra R.Məmmədov, N.Abasov, V.Durarbəylinin aktivində 1 xal var.
On bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.