Azərbaycan bazarında “Halal” markası satışa çıxarılan qida məhsullarının böyük əksəriyyəti normalara cavab vermir.
“Rubin.az” Azxeber.com-a istinadən xəbər verir ki,bunu Azad İstehlakçılar İttifaqının sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə, çoxlu sayda “Halal” etiketləri uzun müddət əlavə səmərə əldə etmək üçün verilirdi:
“Biz daim “Halal Consumer” beynəlxalq təşkilatı ilə əlaqədəyik və “Halal dünya” konfransının iştirakçısıyıq. Təəssüf ki, Azərbaycan halal məhsul sahəsində problem açıq qalmaqdadır. Bundan başqa, “halal” adı verilən məhsullar Ukraynadan da idxal olunur ki, bu da öz növbəsində şübhə oyadır. Əksər hallarda KFC kimi fast-fud restoranları təqdim etdikləri qidaların “halal” olduğunu vurğulayır”.
E.Hüseynov əlavə edib ki, Azad İstehlakçılar İttifaqının araşdırmalarına əsasən, ölkə bazarında təqdim olunan “Halal” markalı məhsulların 90 faizi həmin normalara cavab vermir:
“Azad İstehlakçılar İttifaqı “Halal” markası alınarkən mənfi faktların aradan qaldırılması üçün iş aparır. Biz çalışırıq ki, bu proses şəffaf olsun və bu məhsul markanın tələblərinə cavab versin. Məlum olduğu kimi, halal məhsul ekoloji cəhətdən təmiz məhsul hesab olur və bir çox ölkələr buna böyük əhəmiyyət verir”.