Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Azərbaycan polisi Gorus-Qafan yolunda – VİDEO
  • Din

Azərbaycan polisi Gorus-Qafan yolunda – VİDEO

rubinroot Sentyabr 13, 2021
241740236_545574506677216_92284038231997454_n

Vətən müharibəsindən sonra Azərbaycan ordusu digər ərazilərlə yanaşı, Şurnux kəndinə də nəzarəti bərpa edib.

Şurnux kəndinin erməni işğalından azad edilməsi isə Azərbaycan ordusunun Gorus-Qafan yolunun 21 kilometr zolağına nəzarət etməsi ilə nəticələndi.

Bu gün Gorus-Qafan yolunda Azərbaycan hərbçiləri ilə yanaşı, Azərbaycan polisi də xidmət edir, artıq polis postu qurulub.

Azərbaycan Daxili İşlər Nazirliyi bildirib ki, xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur.

Azərbaycan polisi Gorus-Qafan yolunda növbətçilik çəkir, Çevik Polis Alayı da əraziyə cəlb olunub.

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən deyə bilərik ki, Azərbaycan polisi başında dəbilqə, əynində zirehli gödəkçə, əlində silah xidmət aparır.

Həmin videogörüntünü təqdim edirik:

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Hərbi Dəniz Qüvvələrində birgə təlimlər başa çatıb
Next: Gürcüstanda ictimai nəqliyyatın hərəkəti bərpa edildi

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.