Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyev əcnəbi qonağı qarşılayıb.
Meydanda hər iki ölkənin dövlət bayraqları dalğalanıb və ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.
Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Hər iki ölkənin nümayəndə heyətlərinin üzvləri qarşılıqlı təqdim olunub və Prezidentlər rəsmi foto çəkdirib.
Mənbə: az.trend.az

