İyunun 8-i saat 17:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Unikal”a verilən məlumata görə, iyunun 8-i saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Tovuz, Göygöl, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Altıağac, Quba, Qrız, Şahdağ, Qusar, Ceyrançöl, Xaltanda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Qrız, Şahdağda duman müşahidə olunur.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 32, Aran rayonlarında 34, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.
***11:13
İyunun 8-i saat 10:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, Böyük Qafqazda yağıntılar leysan xarakterli intensiv olub.
Bu barədə “Unikal”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Zaqatalada 85 mm, Qaxda 65 mm, Şəkidə 33 mm, Balakəndə 21 mm, Gədəbəydə 12 mm, Tərtərdə 9 mm, Şahdağ, İsmayıllı, Qəbələ, Oğuz, Daşkəsən, Quba, Qusar, Qrız, Şamaxı, Xınalıq, Xaltan, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Kürdəmir, Goranboy, Naftalanda 4 mm-dək olub.
İyunun 7-si saat 19:55 radələrində Zaqatala rayonu Kəbalaba kəndinə diametri 8 mm, Zaqatala rayonuna saat 20:20 radələrində 13 mm, Zaqatala rayonu Axaxdərə kəndinə isə 30 mm olan dolu düşüb.
Şimal-şərq küləyi arabir Zaqatalada 23-28 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 36, Aran rayonlarında 39 dərəcəyədək, dağlıq rayonlarda 22-27 dərəcə isti olub.