Cümə axşamı, 15 Oktyabr 2026 12:56:58 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Hadisə

Bakıda şirkət maşını qəzaya uğradı: ölən var

18.04.2024 11:05 · 22 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.

Hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə C.Həsənov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, İslam Yusifovun sükanı arxasında olduğu “Toyota Prius” markalı avtomobil Rövşən Abbasovun idarə etdiyi Azİnşaat MMC-yə məxsus “MAN TGA” markalı yük avtomobilinin arxa hissəsi ilə toqquşub. Nəticədə İslam Yusifov aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, ibtidai istintaq aparılır. Axar.az

↑