Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Binə Ticarət Mərkəzində baş verən yanğın söndürülüb – YENİLƏNİB + VİDEO
  • Hadisə

Binə Ticarət Mərkəzində baş verən yanğın söndürülüb – YENİLƏNİB + VİDEO

rubinroot Aprel 4, 2024
FotoJet (10)

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzində yanğın baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə çağırış daxil olub.

Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin operativ müdaxiləsi və peşəkarlığı sayəsində ticarət mərkəzində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 250 kv.m olan anbarın içərisinə yığılmış parça materialları 50 kv.m sahədə və bitişik yerləşən, sahəsi 250kv.m olan anbarın içərisinə yığılmış parça materialları 10kv.m sahədə yanıb.

Anbarlar, içərisində olan digər parça materialları və obyektlər yanğından mühafizə edilib.

10:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə Ticarət Mərkəzinin ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.

Oxu.Az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: FHN güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib
Next: Sülhməramlılar Xocalıda minatəmizləməyə cəlb ediləcək

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.