Cümə axşamı, 15 Oktyabr 2026 14:20:21 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Hadisə

Məktəbli atasının maşını ilə qəza törətdi – Ölən və yaralananlar var

27.03.2024 10:12 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, martın 26-sı saat 22:30 radələrində Şəmkir-Seyfəli yolunun Yeni Həyat kəndindən keçən hissəsində 2007-ci il təvəllüdlü şəxsin idarə etdiyi “VAZ” markalı avtomobil aşıb. Nəticədə sürücü və 2009-cu il təvəllüdlü sərnişini T.Alıyev müxtəlifdərəcəli xəsarətlər alıb. Digər sərnişin, T.Alıyevin 1998-ci il təvəllüdlü qardaşı Orxan Alıyev isə aldığı xəsarətlərdən vəfat edib.

Bildirilib ki, hadisəni törədən 17 yaşlı oğlan orta məktəb şagirdidir. O, atasına məxsus avtomobili sürücülük hüququ olmadan idarə edirmiş.

Faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

↑