Cümə axşamı, 15 Oktyabr 2026 14:21:03 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Hadisə

Novxanı yolunda ağır qəza: Ölən və xəsarət alanlar var – YENİLƏNİB + VİDEO

26.03.2024 17:30 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Novxanı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölüm faktı qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

16:06

Novxanı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Oxu.Az xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayımlanıb.

Qəza zamanı VAZ-2106 markalı maşın yük avtomobili ilə toqquşub.

Hadisə şahidlərinin sözlərinə görə, hadisənin baş verməsinə səbəb VAZ-2106 markalı avtomobilin dairəyə daxil olan digər nəqliyyat vasitələrini gözləməməsi olub.

Ölən və xəsarət alanlar barədə məlumat yoxdur. Hadisə nəticəsində VAZ-2106 markalı avtomobil tanınmaz hala düşüb.

Baş Dövlət Yol Polisi İdarəsinə hadisə ilə bağlı sorğu göndərsək də, heç bir cavab ala bilmədik.

Videonu təqdim edirik:

↑