Şirvan şəhərində iki nəfər dəm qazından boğulub.
Dünən şəhərin Hacıqəhrəmanlı qəsəbə sakini, 1966-cı il təvəllüdlü Çingiz Əsədov hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.
Oxşar hadisə ötən gün şəhərin M.Əsədov küçəsində də baş verib. 1954-cü il təvəllüdlü Şölə Abıyeva evinin hamam otağında olarkən su qızdırıcısından sızan qaz səbəbindən zəhərlənərək dünyasını dəyişib.
Hər iki faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Qafqazinfo