Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən yanvarın 18-də Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında Ağstafa, Daşkəsən, Tovuz, Qazax, Gədəbəy və Şəmkir şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 17.01.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.