Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü həm ölkəmizdə, həm də xarici ölkələrdə təntənəli şəkildə qeyd edilir.
RUBİN.AZ xəbər v erir ki, “Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Milli Məclisin sədr müavini Adil Əliyev millət vəkilləri Sabir Hacıyev, Cəbi Quliyev, Əliabbas Salahzadə, Milli Məclisin Aparat rəhbəri Fərid Hacıyev və Aparatın əməkdaşları ilə birlikdə “Heydər zirvəsi”nə yürüş edib. “Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxaraq Ulu Öndər Heydər Əliyevin barelyefini ziyarət edib, hörmət və ehtiramımızı bir daha izhar etdik. Yürüş iştirakçıları ilə birlikdə çətin relyef və hava şəraitinə baxmayaraq qarşıya qoyulan məqsədə nail olduq”-deyə Adil Əliyev bildirib.