Millət vəkili Adil Əliyev Şəhid Raquf Orucovun əziz xatirəsinə həsr olunmuş cüdo üzrə ölkəmizdə təşkil olunmuş beynəlxalq yarışda iştirak edib.
RUBİN.AZ xəbər verir ki, yarış dövlət himninin səsləndirilməsi ilə başladı, daha sonra Vətən yolunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Millət vəili bildirdi ki, məhz bu cür yarışlar gənc nəslə milli-mənəvi duyğuların aşılanmasında, vətənpərvər ruhda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.