Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, millət vəkili Adil Əliyev Şəhid Adil İbrahimlinin və Asiman Əliyevin anım tədbirlərində iştirak edib, şəhidlərimizin ailə üzvlərinə, yaxınlarına başsağlığı verib uca Allahdan səbr diləyib.
Millət vəkili çıxışı zamanı bildirib ki, qəhrəmanlarımızın keçdiyi döyüş yolu gənc nəslə örnəkdir, Vətənimizin azadlığı uğrunda göstərdikləri tarixi şücaət şanlı Tariximizin ən parlaq səhifələrindən biridir. “Bu gün şəhidlərimizin qəhrəmanlığı hesabına düşmən işğalından azad olunmuş tarixi torpaqlarımıza məcburi köçkünlər geri dönür, şanlı üçrəngli bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır”-deyə Adil Əliyev əlavə edib.