Millət vəkili Adi Əliyev Xəzər rayonunda şəhidlərimizin ailələri ilə, qazilərimizlə görüşüb, qarşıdan gələn “Zəfər Günü” münasibətilə təbrik edib. Çıxışı zamanı vurğulayıb ki, qazanılmış tarixi Qələbəmizə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusuna borcluyuq.
” Son üç ildir ki, tariximizin ən parlaq səhifələrindən biri olan 8 Noyabr – Zəfər Gününü bu il bu daha da əlamətdar edən hadisə isə ölkəmizin ərazi bütövlüyünün bərpa və suverenliyinin bərqərar edilməsidir. Artıq ölkəmizin ərazisində “boz zona”, qondarma rejim, separatçılar yoxdur. Şəhidlərimizin qanları hesabına azad olunmuş Vətən torpaqlarında dövlət başçısının rəhbərliyi ilə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Qarabağa və Şərqi Zəngəzura uzun illərdən sonra həyat qayıdır, Vətən həsrəti çəkən məcburi köçkünlərimiz yurdlarına geri dönürlər”-deyə millət vəkili əlavə edib, bizə tarixi Qələbəmizi bəxş etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, Allahdan rəhmət diləyib.