Ötən gün Milli Məclisin sədri xanım Sahibə Qafarovanın tövsiyəsi ilə Millət vəkili Adil Əliyev rəhbərlik etdiyi Gənclər və idman Komitəsi ilə birlikdə Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclası təşkil edildi. İclas 2024-cü ilin dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr olunub.
Millət vəkili qeyd edib ki, növbəti ilin büdcəsi cari ilin büdcəsindən daha artıqdır. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və “Böyük Qayıdış” konsepsiyasının reallaşması, eyni zamanda əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması büdcədə prioritet istiqamət olaraq müəyyən edilib.
“Büdcə layihəsini maliyyə naziri təqdim etdi, layihəyə dair Hesablama Palatasının rəyi dinlənildi. Deputat həmkarlarımla birlikdə layihəni geniş şəkildə müzakirə edib, Plenar iclasa tövsiyə etdik”-deyə Adil Əliyev qeydf etdi.